
Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib.
525.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Dəməşqin ən işlək bölgələrindən biri olan Şükri Qutubli Bulvarında parkın yaxınlığında yerləşdirilən bomba işə düşüb.
Hadisə yerinə dərhal təhlükəsizlik qüvvələri və təcili yardım göndərilib.
İlkin məlumata görə, xəsarət alan və ölən yoxdur.
Hələlik insidentlə bağlı rəsmi açıqlama verilməyib.
İbrahim Cəfərov



