
Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları açıqlayıb.
525.az xəbər verir ki, son 24 saat ərzində dağıntılar altından 6 nəfərin cəsədi çıxarılıb, 17 nəfər isə yaralanıb.
Bununla da atəşkəs başlayandan etibarən ümumilikdə 373 nəfər həlak olub, 970 nəfər yaralanıb, dağıntılar altından 624 cəsəd çıxarılıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 70 360-a, yaralıların sayı isə 171 047 nəfərə çatıb.
İbrahim Cəfərov



