
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası İrandakı etirazları müzakirə etmək üçün təcili iclas keçirmək qərarına gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün axşam saatlarında keçiriləcək iclasda İranda davam edən etirazlar müzakirə olunacaq.
Bu arada, ABŞ prezidenti Donald Tramp İrana qarşı atılacaq addımlarla bağlı dəqiq bir açıqlama verməyib.
Qeyd edək ki, İranda 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalara qarşı yüksək devalvasiyası və iqtisadi problemlər səbəbindən başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb.
İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) 14 yanvarda dərc etdiyi hesabatda ölkədəki nümayişlər nəticəsində ölənlərin sayının 147 təhlükəsizlik işçisi də daxil olmaqla 2550 nəfərə çatdığını açıqlayıb. İran hakimiyyəti nümayişlərdə ölən və ya yaralananların sayı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
İbrahim Cəfərov



