
Kamerunun ingilisdilli şimal-qərb bölgəsində separatçı yaraqlıların hücumu nəticəsində ən azı 14 mülki şəxs həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimal-qərb regional qubernatoru Adolphe Lele Lafrique bildirib ki, separatçılar Ndu rayonunun Guidado kəndindəki Fulani köçəri icmasına silahlı hücum təşkil ediblər.
Mülki şəxslərə hücum zamanı 6 qadın və 7 uşaq da daxil olmaqla 14 kəndli həlak olub, bir çox şəxs isə yaralanıb.
O əlavə edib ki, yaralılar regional xəstəxanalarda müalicə alır və ərazidəki bir çox evi yandıran silahlılar bölgəni çoxlu heyvanla tərk ediblər.
İbrahim Cəfərov



