
Dünən günorta saatlarında Niderlandın Utrext şəhərinin mərkəzində güclü partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gecəyə olan məlumata görə, 4 nəfər yaralanıb.
Onlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər axtarışları davam etdirirlər. Bu isə o deməkdir ki, dağıntılar altında insanların olması ehtimalı qalmaqdadır.
Qeyd edək ki, Visşerşteeq küçəsindəki partlayış və yanğının səbəbləri hələlik bəlli deyil. Araşdırma aparılır.
L.Tağıyeva



