
ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İrandakı hadisələrlə bağlı yeni hesabatını dərc edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, HRANA-nın hesabatına görə, iqtisadi problemlər səbəbindən baş verən etirazlarda ölənlərin sayı 2677-yə çatıb. Həmçinin 2600-dən çox insan yaralanıb, 19097 şəxs isə saxlanılıb.
İran hakimiyyəti hələlik etirazlarda ölən və ya yaralananların ümumi sayı ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, İranda yerli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyası və iqtisadi problemlər səbəbindən 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayan etirazlar bir çox şəhərə yayıldı. Yanvarın 8-də Tehranda şiddətlənən etirazlar zamanı baş verən hadisələrdən sonra İran hökuməti internetə çıxışı bloklayıb.
İbrahim Cəfərov



