
Liviyada telefon satışı ilə məşğul olan biznesmenə verdiyi sifariş 16 il sonra çatdırılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qutuda Nokia markalı düyməli telefonlar olub.
Biznesmen sifarişləri hələ 2010-cu ildə verdiyini və ödənişi əvvəlcədən etdiyini bildirib. Görünür, 2011-ci ildə Liviyada başlanan vətəndaş müharibəsi çatdırılmanın ləngiməsinə səbəb olub. Amma bu qədər də yox. Maraqlıdır ki, sifariş verənlə sifarişi götürən bir-birindən cəmi bir neçə kilometr məsafədə imişlər.
Qeyd edək ki, köhnəlmiş telefonların bir işə yaramadığını söyləyən iş adamı onları suvenir kimi satmağı və hədiyyə etməyi düşünür.
L.Tağıyeva



