
"Ukrayna müharibəni bitirmək üçün ağrılı güzəştlərə getməli olacaq".
525.az xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə brifinqdə deyib.
Onun sözlərinə görə, Kiyev belə bir addım atmağa hazırdır.
Çexiya lideri Ukraynanın məqbul həllə nail olmaq istiqamətindəmühüm irəliləyiş əldə etdiyini vurğulayıb.
"Mən inanıram ki, Ukrayna sülhə gətirib çıxarmaq şərti ilə bir sıra ağrılı güzəştlər etməlidir və etməyə hazırdır. Biz bütün səylərimizi göstərməliyikki, bu sənədlərin hazırlanmasına sərf olunan işlər boşa getməsin. ABŞ Rusiyaya qarşı mübarizədə əsas rol oynamalıdır və Aİ kənarda qala bilməz.Təəssüf ki, acı fakt ondan ibarətdir ki, ABŞ olmadan Ukraynada müharibənin həlli mümkün olmayacaq. ABŞ-ın əsas rol oynaması Avropa üçün ağrılıdır. Amma bu o demək deyil ki, Avropa və Avropa ölkələri bu səylərdən kənarda qalmalıdır".
Pərvanə Sultanova



