
Avstriyanın Ştiriya və Zalsburq əyalətlərində qar uçqunu nəticəsində 8 nəfərin həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən də Zalsburqda iki fərqli yerdə qar uçqunu nəticəsində 5 nəfər həlak olub.
Səlahiyyətlilər ərazilərə çoxlu sayda helikopter, böhrana müdaxilə bölmələri, dağ polisi və tibbi qrupların göndərildiyini açıqlayıb.
İbrahim Cəfərov



