
Əfqanıstanın paytaxtı Kabildə şiddətli partlayış olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Şəhr-e-Naw rayonunda baş verən partlayışda çoxlu sayda ölən və yaralananlar var.
AFP-nin yaydığı məlumata görə, partlayışda ən azı yeddi nəfər həyatını itirib. 20-yə yaxın yaralının isə xəstəxanalara çatdırıldığı bildirilib.
İbrahim Cəfərov



