
Krasnodar vilayətində şəxsi evlərin birində baş vermiş yanğın faciə ilə nəticələnib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Abinsk rayonunun Xolmskaya stansiyasında 50 kv.metrlik yaşayış sahəsindəki yanğın bir ailənin 4 üzvünün ölümünə səbəb olub.
Alov söndürüldükdın sonra dağıntılar arasında 4 yanmış meyit tapılıb. Həyatlarını itirənlər ana və onun 2 övladı olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, uşaqlar 6 və 9 yaşında olublar. Üçüncü körpə isə qadının 1 aylıq nəvəsi imiş.
Qeyd edək ki, böyük qız yanğın başlayanda küçəyə qaça bilib və ailənin sağ qalan yeganə üzvü olub.
L.Tağıyeva



