|
|
|
|

ABŞ-nin Miçiqan ştatında magistral yolda güclü qar səbəbindən silsilə qəzalar baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəncirvari qəzada 100-dən çox avtomobil toqquşub və ya yoldan çıxıb.
Miçiqan polisi ştatlararası yolu bağlayıb. Səlahiyyətlilər 30-dan çox yük maşını da daxil olmaqla, nəqliyyat vasitələrinin şossedən çıxarılması üçün işə başlayıb.
Ştat polisi zəncirvari qəzada çoxlu yaralananların olduğunu açıqlayıb, lakin ölənlər barədə məlumat verilməyib.
İbrahim Cəfərov



