|
|
|
|

Yaponiyanın Kumamoto əyalətində üç nəfəri daşıyan turist helikopteri itkin düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kumamotodakı Aso dağının ətrafında uçuş həyata keçirən helikopter fövqəladə vəziyyət siqnalı versə də, təyin olunan vaxtda bazaya qayıtmayıb. Bu səbəbdən də dərhal ərazidə axtarış-xilasetmə işlərinə başlanılıb.
İbrahim Cəfərov



