
ABŞ-də yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər səbəbindən başlayan etirazlarda ölənlərin sayının 4519-a yüksəldiyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin bir çox bölgələrində baş verən hadisələr nəticəsində 26 314 nəfər saxlanılıb.
Nümayişlər zamanı baş verən qarşıdurmalarda 197 təhlükəsizlik işçisi olmaqla 4519 nəfər həyatını itirib.
HRANA dünən ölənlərin sayının 4029-a yüksəldiyini açıqlamışdı.
Qeyd edək ki, İranda yerli valyutanın xarici valyutalar qarşısında yüksək devalvasiyası və iqtisadi problemlər səbəbindən 2025-ci il dekabrın 28-də Tehranın Qapalı bazarında başlayan etiraz aksiyaları bir çox şəhərlərə yayılıb.
İbrahim Cəfərov



