
İspaniyada növbəti qatar qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Barselonada şəhərətrafı qatar divara çırpılıb.
Hadisə yerinə dərhal təcili yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.
Qəza nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.
Digər tərəfdən, rəsmilər Kataloniya boyu leysan yağışlar yağdığını və bunun günün ikinci qatar qəzası olduğunu açıqlayıblar.
Məlum olub ki, Barselonada şəhərətrafı xətdə başqa bir qatar relsə düşən qayaya çırpılıb. Xoşbəxtlikdən 10 nəfərin yer aldığı qatarda xəsarət alan olmayıb.
Xatırladaq ki, yanvarın 18-i axşam İspaniyanın cənubundakı Əndəlüs bölgəsində iki sürətli qatarın toqquşması nəticəsində 42 nəfər həyatını itirib, xeyli sayda insan yaralanıb.
İbrahim Cəfərov



