
Dulce Enrikes kimi tanınan meksikalı sosial media fenomeni İvonne Enrikes Ramires dünyasını dəyişib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yanvarın 9-da yol qəzasına düşüb. Təxminən 10 gün müalicə almasına baxmayaraq, gənc xanımın həyatını xilas etmək mümkün olmayıb.
Qəza yanvarın 9-da Ocotlan de Morelos dairəvi yolunda baş verib. Ramiresin olduğu avtomobil təxminən 50 metr dərinlikdə olan dərəyə düşüb. Qəzadan sonra xəstəxanaya çatdırılan sosial şəbəkə fenomeni bu gün vəfat edib.
İbrahim Cəfərov



