|
|
|
|

Cənubi Afrika Respublikasında (CAR) leysan yağışları daşqınlara səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, indiyədək təbii fəlakət nəticəsində ən azı 37 nəfər həyatını itirib.
Səlahiyyətlilər ölənlərin sayının arta biləcəyindən narahatlıqlarını ifadə ediblər.
Həftələrdir davam edən leysan yağışlar çay yataqlarının daşmasına səbəb olub, bu səbəbdən də bəzi məhəllələrin tamamilə su altında qalıb.
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa yanvarın 19-da daşqın fəlakətinin baş verdiyi Mpumalanqa əyalətinə baxış keçirərkən ekstremal hava hadisələrini iqlim dəyişikliyi ilə əlaqələndirib. O deyib ki, ağır hava şəraitinin təsiri ilə mübarizə aparan və resursları məhdud olan ölkələrə maliyyə ayrılmalıdır.
İsgəndər Həsənov



