|
|
|
|

Tokio ölkənin son iki pandasını Çinə qaytarmazdan əvvəl minlərlə ziyarətçi zooparka axın edib.
525.az xəbər verir ki, 2021-ci ildə "Ueno" zooparkında dünyaya gələn "Xiao Xiao" və "Lei Lei" adlı 2 panda bu gün Çinə təhvil verilir.
Əkiz pandalar qaytarılmazdan əvvəl ictimai ziyarətlərin son günündə minlərlə insan zooparka axın edib.
Qeyd edək ki, Çin ilk dəfə 1972-ci ildə Yaponiya ilə ikitərəfli münasibətlərin normallaşmasını üçün Tokiodakı Ueno Zooparkına panda hədiyyə etmişdi. Pandaların qaytarılmasına səbəb Yaponiya ilə Çin arasında Tayvanla bağlı gərginliyin artmasıdır.
L.Tağıyeva



