|
|
|
|

İranda İsrail kəşfiyyat xidməti Mossad adından fəaliyyət göstərməkdə günahlandırılan Həmidreza Sabit İsmailpura verilən edam hökmü icra edilib.
525.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi “Tasnim” məlumat yayıb.
Agentlik İsmailpurun edamı ilə bağlı yayılan açıqlamanı təqdim edib:
“2025-ci il aprelin 29-da “Mossadla əlaqə saxlamaq və məxfi sənədləri qarşı tərəfə ötürmək, partlayıcı yüklü avtomobillərin şəhərlərarası daşınmasında rol oynamaq və təxribat fəaliyyətlərinə maddi-texniki dəstək vermək” ittihamı ilə saxlanılan İsmayılpur “düşmən kəşfiyyatı üçün casusluq” ittihamı ilə edam edilib”.
İbrahim Cəfərov



