|
|
|
|

“Əgər Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazırdırsa, Rusiya onu Moskvaya dəvət edir”.
525.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, Rusiya Putin və Zelenski arasındakı təmaslardan imtina etmir, amma onlar hazırlıqlı və nəticəyönümlü olmalıdır.
Uşakov əlavə edib ki, Rusiya Zelenskinin Moskvada təhlükəsizliyinə zəmanət verməyə hazırdır.
“Əgər Zelenski həqiqətən belə bir görüşə hazırdırsa, onu Moskvada gözləyirlər", - Uşakov söyləyib.
Pərvanə Sultanova



