|
|
|
|

UEFA Avropa Liqasında Fransada “Lion”a qarşı keçiriləcək oyun üçün səfərə yollanan yunan azarkeşləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, PAOK fanatlarının yer aldığı mikroavtobus Rumıniya ərazisində yük maşını ilə toqquşub.
Qəza zamanı 7 azarkeş ölüb, daha 3 nəfər isə ağır yaralanaraq xəstəxanaya aparılıb.
Rumıniya rəsmiləri hadisə ilə bağlı geniş araşdırmalara başlanıldığını bildiriblər.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis baş verən qəzaya görə çox məyus olduğunu bildirib:
“Rumıniyada 7 gənc vətəndaşımızın həyatını itirdiyi faciəvi qəza bizi dərindən sarsıtdı. Yunanıstan hökuməti və səfirliyimiz yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edir və hər cür dəstəyi verir. Bu çətin anlarda həyatını itirənlərin ailələrinə və bütün yunan xalqına dərin hüznlə başsağlığı verirəm, yaralıların tezliklə sağalmasını diləyirəm”.
İbrahim Cəfərov



