|
|
|
|

Kamçatkada dünən Bakı vaxtı ilə 13.14-də 5,2 bal gücündə güclü zəlzələ baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 189 km cənub-şərqdə, 48 km dərinlikdə yerləşib.
İnsan tələfatı və dağıntı barədə məlumat verilmir.
Bu, Kamçatkada gün ərzində baş verən 3-cü güclü zəlzələdir. Bundan bir qədər əvvəl 5,7 və 5,5 bal gücündə daha 2 yeraltı titrəyişlər qeydə alınmışdı.
L.Tağıyeva



