https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
search
3 İyul 2026
2 İyul 2026

“Neftçi” ilə “Qarabağ” arasında danışıqlar gedir - Oyun təxirə salınır?

“Neftçi” ilə “Qarabağ” arasında danışıqlar gedir -  Oyun təxirə salınır?

Misli Premyer Liqasının “Neftçi” - “Qarabağ” matçının təxirə salınması ilə ələqədar hazırda danışıqlar aparılır.

QOL.az saytının əldə etdiyi xəbərə görə, paytaxt klubu ilkin olaraq Ağdam təmsilçisinin müraciəitinə mənfi cavab versə də, hazırda bu istiqamətdə danışıqlar dayandırılmayıb. Lakin hələ ki, müzakirələrlə əlaqədar “Neftçi” tərəfinin yekun cavabı yoxdur. Buna görə də matçın təxirə salınması ilə əlaqədar Peşəkar Futbol Liqası yekun qərar verməyib. Amma belə bir qərarın olacağı istisna deyil.

“Qarabağ”ın prezidenti Tahir Gozel AzTV-yə müsahibəsində deyib:

“Bizim çox sıx qrafikimiz var. “Neftçi” ilə daim əlaqədəyik. Onlardan xahiş edirik ki, imkan varsa, gəlin oyunu təxirə salaq. Qərar onlardan asılıdır. Onların istənilən qərarını hörmətlə qarşılayacağıq”.

“Qarabağ”ın bu oyunu təxirə salmaq istəyi komandanın bu aykı ağır qrafiki ilə bağlıdır. Ağdam təmsilçisinin “Neftçi” ilə matçdan 3 gün əvvəl və 3 gün sonra “Nyukasl”la Çempionlar Liqasında ev və səfər oyunları var.

“Neftçi” - “Qarabağ” matçı fevralın 21-nə nəzərdə tutulub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.