https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
search
3 İyul 2026
2 İyul 2026

Atası Yamalı Maradona ilə müqayisə etdi

Atası Yamalı Maradona ilə müqayisə etdi

"Barselona"nın hücumçusu Lamin Yamalın atası Munir Nesraui oğlunu əfsanəvi futbolçu Dieqo Maradonaya bənzədir.

525.az xəbər verir ki, Nesraui sosial media hesabında oğluna hörmət əlaməti olaraq onun Argentina millisinin və "Barselona"nın keçmiş oyunçusu Dieqo Maradona ilə birlikdə göründüyü, süni intellekt vasitəsilə hazırlanmış fotosunu paylaşıb. Yamal La Liqanın 23-cü turunda "Malyorka" üzərində 3:0 hesablı qələbə qazandıqları oyunda qol vurub.

Munir Nesraui isə paylaşımında yazıb: "Sadəcə qürurlu bir atayam, hər şey üçün ailəmə təşəkkür edirəm".

Yamalın 18 yaşı var və 2023-cü ildən bəri "Barselona"nın əsas komandasında oynayır. Bu mövsüm o, komandanın heyətində 30 matç keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə edib. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.