https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
search
3 İyul 2026
2 İyul 2026

Milan-Kortina-2026: İdmançımız İtaliyada mübarizəyə başlayır

Milan-Kortina-2026: İdmançımız İtaliyada mübarizəyə başlayır

İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə yarışlar davam edir.

525.az xəbər verir ki, XXV Qış Olimpiya Oyunlarında ölkəmizin idman şərəfini qoruyan fiqurlu konkisürənimiz Vladimir Litvintsev sabah ilk yarışına start verəcək.

Şef-de-mission Anar Bağırovun verdiyi məlumata görə, idmançımızın ilk çıxışı sabah Bakı vaxtı ilə saat 21:30-da qısa proqram üzrə baş tutacaq.

Yarış öncəsi hazırlıq prosesi barəsində də danışan Anar Bağırov bildirib ki, idmançımız tam gücü ilə mübarizəyə köklənib:

"Vladimir hazırda çox gərgin və intizamlı məşq edir. O, gündə iki dəfə — həm səhər, həm də axşam olmaqla buz üzərinə çıxaraq öz proqramını təkmilləşdirir. Fiziki və psixoloji vəziyyəti qaydasındadır. İtaliyadakı Olimpiya kəndində komandamız üçün hər bir şərait yaradılıb və biz sabahkı çıxışı həyəcanla gözləyirik”

Qeyd edək ki, fiqurlu konkisürənimiz Vladimir Litvintsev fevralın 13-də sərbəst proqramda, Kortina Ampetso şəhərində isə idmançımız Anastasiya Papatoma dağ xizəyi üzrə yarışlarda fevralın 18-də öz qüvvəsini sınayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.