https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
search
3 İyul 2026
2 İyul 2026

"Nyukasl" London səfərində

"Nyukasl" London səfərində

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" bu gün İngiltərə Premyer Liqasında 26-cı tur oyununa çıxacaq.

525.az xəbər verir ki, Eddi Haunun komandası Londonda "Tottenhem"in qonağı olacaq. "Tottenhem Hotspur Stadium"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

56 xala malik "Arsenal"ın liderlik etdiyi turnir cədvəlində "Nyukasl" 33 xalla 12-ci, "Tottenhem" isə 29 xalla 15-cidir.

Qeyd edək ki, "Qarabağ"la "Nyukasl" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

İngiltərə Premyer Liqası, 26-cı tur

23:30. "Tottenhem" - "Nyukasl" 

Baş hakim: Entoni Teylor

"Tottenhem Hotspur Stadium".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.