https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
search
3 İyul 2026
2 İyul 2026

Qurban Qurbanov: “Nəriman özündə deyildi, getməsi lazım idi”

Qurban Qurbanov: “Nəriman özündə deyildi,  getməsi lazım idi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ABŞ-ın “Kolumbus Kru” klubuna keçmək üzrə olan futbolçusu Nəriman Axundzadə barədə danışıb.

525.az xəbər verir ki, bu gün Misli Premyer Liqasının 19-cu turunda “Şamaxı” ilə matçdan (2:1) sonra Q.Qurbanov jurnalistlərə deyib:

“Nərimanın gedişi “Qarabağ” üçün ürəkaçan deyil. Sadəcə onun son vaxtlar məlum məsələlərə görə getməsi lazım idi. Adam özündə deyildi. Hər gün fərqli fikirdə olurdu, ya oxuyub gəlirdi, ya qarşısına nəsə çıxırdı. Nəriman son iki ildə ən məhsuldar oyunçularımızdandır. Getməsinə ehtiyac var idi, toparlansın, özünü tapsın. Sıx qrafikdə belə oyunçulara ehtiyacım var idi. Edəcək nəsə yoxdur, təki onun üçün yaxşı olsun. Son iki ildə çox əziyyət çəkib. İnşallah, daha yaxşı Nəriman görərik”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.