Dünən saat 13:00-da "Bakumoz" kitab evində "Facebook"un "Kitabsevərlər" qrupunun dəstəyi ilə Gənc yazar Səbuhi Şahmursoyun ilk kitabı olan "Sükutun səsi" təqdim edilib.
525.az-ın məlumatına görə təqdimata gənc yazarlar Sadiq Elyer, Həmid Piriyev, Murad Ramazanov da qatılıblar.
Əsasən gənclərin iştirak etdiyi təqdimetmə mərasmində kitabların həyatmızda tutduğu yerdən, gənclərin mütaliə və ümumilikdə ədəbiyyata marağından söhbət açılıb.
Sonda müəllif oxucular üçün kitab imzalayıb və xatirə şəkli çəkilib.
Cavid ŞÜKÜROV