https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
search
3 İyul 2026
2 İyul 2026

Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu

Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk partiyaları keçirilib.

525.az xəbər verir ki, turnirin reytinq favoriti Şəhriyar Məmməyarov Murad İbrahimliylə, ötən ilki çempion Rauf Məmmədov isə Şiroğlan Talıbovla heç-heçə oynayıb. Eltac Səfərli Kamal Ağasiyevi, Aydın Süleymanlı Rəhim Qasımovu, Məhəmməd Muradlı Rəvan Əliyevi, Read Səmədov Paşam Əlizadəni, Əhməd Əhmədzadə isə Vüqar Rəsulovu məğlub edib. Nicat Abasov ilk partiyada Xaqan Əhmədə uduzub.

Qadın şahmatçıların yarışında bütün oyunlar məhsuldar alınıb. Ötən ilin çempionu Günay Məmmədzadə Nərmin Kazımovanı, Avropa çempionu Ülviyyə Fətəliyeva isə Zəhra Allahverdini məğlub edib. Digər görüşlərdə Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova qələbə qazanıb. 
Bu gün yarışda 1/8 finalın cavab partiyaları oynanılacaq.

Qeyd edək ki, “Landmark” Biznes Mərkəzində təşkil olunan Azərbaycan çempionatında yarışlar hər gün saat 15-də başlayır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.