https://525.az/img/pics/medium/2026-07/396235_hydi6rf9ww.jpeg "Ortaq Türk mədəniyyətinin genetik kodu Avrasiya çöllərində formalaşıb"
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
search
3 İyul 2026
2 İyul 2026

XXV Qış Olimpiya Oyunlarında bu gün 9 idman növü üzrə mübarizə baş tutacaq

XXV Qış Olimpiya Oyunlarında bu gün 9 idman növü üzrə mübarizə baş tutacaq

İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək.

525.az xəbər verir ki, dağ xizəyi, bobsley, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizəksürmə, hokkey, xizək ikinövçülüyü, qısa proqramda sürətli konkisürmə və xizəklə tramplindən tullanma üzrə mübarizə baş tutacaq.

Yarışın medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 26 (12 qızıl, 7 gümüş, 7 bürünc) mükafat qazanıb. İtaliya (8 qızıl, 4 gümüş, 10 bürünc) ikinci, ABŞ (5 qızıl, 8 gümüş, 4 bürünc) üçüncüdür.

Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma fevralın 18-də slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-d'Ampetsoda keçiriləcək.

Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.