
“Dayanacaqlar bəzi hallarda vətəndaşlar tərəfindən bərbad vəziyyətə salınır, AYNA da təmir-bərpa edir. Demək olmaz ki, dayanacaqların hamısı ideal vəziyyətdədir. Hələ də natəmiz, köhnə dəmir parçalarından ibarət dayanacaqlar var. Bunların da dəyişdirilməsinə çox ciddi şəkildə ehtiyac var. Bunu Yerüstü Nəqliyyat Agentliyi bilir. Onların yerini də müəyyənləşdiriblər. Sadəcə, böyük maliyyə vəsaiti tələb olunur. Maliyyə məsələsi həll olunsa, dayanacaqları yeniləmə mümkün ola bilər”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı 525.az-a söyləyib. Ekspertin sözlərinə görə, son bir il ərzində müvafiq qurum tərəfindən dayanacaqlarla bağlı ciddi işlər görülür. Amma vətəndaşlar dayanacaqları çox bərbad vəziyyətə salırlar:
“Oturacaqlara ayaqlarını qoyurlar, təpiklə, yumruqla vururlar, siqaret közü ilə divarlara, şüşələrə ziyan vururlar. Belə neqativ hallar baş verməkdədir”.
Sevinc Qarayeva



