https://525.az/img/pics/medium/2026-07/396235_hydi6rf9ww.jpeg "Ortaq Türk mədəniyyətinin genetik kodu Avrasiya çöllərində formalaşıb"
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
search
3 İyul 2026
2 İyul 2026

"Qarabağ" - "Nyukasl" oyununun hakimləri açıqlandı

"Qarabağ" - "Nyukasl" oyununun hakimləri açıqlandı

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Nyukasl" oyununa hakim təyinatları açıqlanıb.

525.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü norveçli hakimlər idarə edəcək.

Referi Espen Eskos olacaq. Ona yan xətt hakimləri qismində Yan Erik Enqan və İsak Elias Başevkin kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

VAR Rob Diyperinkə, AVAR isə Dennis Hiqlerə həvalə olunub.

Qeyd edək ki, matç fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.