https://525.az/img/pics/medium/2026-07/396235_hydi6rf9ww.jpeg "Ortaq Türk mədəniyyətinin genetik kodu Avrasiya çöllərində formalaşıb"
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
search
3 İyul 2026
2 İyul 2026

Gənc boksçular arasında Azərbaycan çempionatına yekun vurulub

Gənc boksçular arasında Azərbaycan çempionatına yekun vurulub

Gənc boksçular arasında Azərbaycan çempionatına yekun vurulub.

525.az xəbər verir ki, yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 60 komandanın 276 boksçusu qüvvəsini sınayıb.

7 gün davam edən çempionatda oğlanlarda 10, qızlarda 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan turnirin komanda hesabında "Neftçi" İdman Klubu birinci yeri tutub – 33 xal. İkinci pilləyə Gəncə komandası (31 xal) yiyələndiyi halda, "üçlüy"ü "Qızıl əlcək" İdman Klubu (29 xal) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Nihat Qasımov layiq görülüb. Ramiz Yaqnəliyev ən yaxşı hakim seçilib.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, U-19 Azərbaycan çempionatında daha öncə başa çatan qızların mübarizəsində Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (51 kq), Zəhra Məmmədova (54 kq), Aynur İsmayılova (60 kq) və Dəniz Babayeva (70 kq) qızıl medal qazanıblar.

U-19 Azərbaycan çempionatı

Oğlanlar

Final

50 kq

Əli Əliyev (Gəncə) – Hüseyn Məhərrəmov ("AZSport" BK) 5:0

55 kq

Əli Mayılzadə (DİN İC) – Nihat Qasımov (RKİM) – ikinci tam üstünlüklə qalib gəlib

60 kq

Əli Baxışov ("Dəmir Yumruq" BİK) – Toğrul Quliyev ("Qızıl əlcək" İK) 3:0

65 kq

Şahin Aslanov (UGM-7) – Vüsal Xəlilov (RİM-1) 4:1

70 kq

Adil Zalov ("Qızıl əlcək" İK) – Rza Rzayev (Gəncə) 0:5

75 kq

Pünhan Qurbanlı (Şirvan) – Renat Qiyaslı (DİN İC) 0:5

80 kq

İsmayıl Vəliyev (RKİM) – Fuad Abbasov (Sumqayıt) 5:0

85 kq

Heydər Əzməmmədov (Sumqayıt) – Səid Bəkiyev ("Zərbə" BİK) – birinci tam üstünlüklə qalib gəlib

90 kq

Qulam Baxşıyev (Astara) – Zaur Səmədov ("Qızıl əlcək" İK) – ikinci tam üstünlüklə qalib gəlib

+90 kq

Məhəmməd Cəfərov (Z-1 İK) – Səfdər Məmmədzadə ("Neftçi" İK) 1:4

Bütün mükafatçılar

50 kq

1. Əli Əliyev (Gəncə)

2. Hüseyn Məhərrəmov ("AZSport" BK)

3. Hüseyn Quliyev (RKİM)

3. Kərəm Qocayev (MOİK)

55 kq

1. Nihat Qasımov (RKİM)

2. Əli Mayılzadə (DİN İC)

3. Aydın Qasımov (Mingəçevir)

60 kq

1. Əli Baxışov ("Dəmir Yumruq" BİK)

2. Toğrul Quliyev ("Qızıl əlcək" İK)

3. Sübhan Babayev (RİM-1)

3. Əflatun İsmiyev (Sumqayıt)

65 kq

1. Şahin Aslanov (UGM-7)

2. Vüsal Xəlilov (RİM-1)

3. Haqverdi Həsənov ("Neftçi" İK)

3. Tamerlan Əlimzanov (MOİK)

70 kq

1. Rza Rzayev (Gəncə)

2. Adil Zalov ("Qızıl əlcək" İK)

3. Valeh Eyvazlı ("Qızıl əlcək" İK)

3. Dəniz Zeynalov ("Qızıl əlcək" İK)

75 kq

1. Renat Qiyaslı (DİN İC)

2. Pünhan Qurbanlı (Şirvan)

3. Sarvan Abdullazadə (RKİM)

3. Cavidan Əliyev (Göygöl)

80 kq

1. İsmayıl Vəliyev (RKİM)

2. Fuad Abbasov (Sumqayıt)

3. Nicat İmanov ("Qızıl əlcək" İK)

3. İmamsalehizaman Salmanov (Gəncə)

85 kq

1. Heydər Əzməmmədov (Sumqayıt)

2. Səid Bəkiyev ("Zərbə" BİK)

3. Raul Mehdiyev (Mingəçevir)

3. Nail Abbasov ("Neftçi" İK)

90 kq

1. Zaur Səmədov ("Qızıl əlcək" İK)

2. Qulam Baxşıyev (Astara)

3. Amir Abbasov (Z-1 İK)

3. Əli Məmmədzadə (KNOUT)

+90 kq

1. Səfdər Məmmədzadə ("Neftçi" İK)

2. Məhəmməd Cəfərov (Z-1 İK)

3. Sarvan Səlimli (Mingəçevir)

3. Cavid Babayev (KNOUT)

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.