https://525.az/img/pics/medium/2026-07/396235_hydi6rf9ww.jpeg "Ortaq Türk mədəniyyətinin genetik kodu Avrasiya çöllərində formalaşıb"
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
search
3 İyul 2026
2 İyul 2026

"Qarabağ" qeyri-adi komandadır"

"Qarabağ" qeyri-adi komandadır"

"Qarabağ" qeyri-adi, həmçinin güclü komandadır".

525.az xəbər verir ki, bu sözləri İngiltərənin “Nyukasl” klubunun isveçli futbolçusu Entoni Elanqa UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində sabah Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyundan öncəki mətbuat konfransında deyib.

Gənc oyunçu Ağdam təmsilçisinin potensialına bələd olduğunu və rəqibin güclü ambisiyalarından xəbərdar olduqlarını bildirib:

"Qarabağ" qeyri-adi, həmçinin güclü komandadır. Klubun "24-lük"də olması məni təəccübləndirmədi. Potensiallarını bilirik. Onların "Kopenhagen" və "Çelsi" ilə oyunları mənim diqqətimi cəlb etmişdi. Bilirik ki, asan olmayacaq. Çempionlar Liqasında olan istənilən komandanın zəif olmadığını hesab edirəm". 

E.Elanqa komandasının hazırlıq səviyyəsindən və hədəflərindən də söz açıb:

"Bizim də komandamız güclüdür, komanda şəklində oynayırıq. Gələcəyə pozitiv baxırıq və sabahkı oyuna fokuslanmışıq. Qarşılaşmaya ciddi hazırlaşmışıq. Çalışacağıq ki, bu səddi aşaq və bacardığımız qədər irəli gedək".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.