https://525.az/img/pics/medium/2026-07/396235_hydi6rf9ww.jpeg "Ortaq Türk mədəniyyətinin genetik kodu Avrasiya çöllərində formalaşıb"
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
search
3 İyul 2026
2 İyul 2026

Apellyasiya Komitəsi şahmat üzrə Azərbaycan çempionatında keçirilmiş partiyanın nəticəsini dəyişib

Apellyasiya Komitəsi şahmat üzrə Azərbaycan çempionatında keçirilmiş partiyanın nəticəsini dəyişib

Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinin ilk oyununda Ayan Allahverdiyeva ilə Türkan Məmmədyarova arasında keçirilmiş partiyanın nəticəsinə yenidən baxılıb.

525.az Şahmat Federasiyasına istinadən xəbər verir ki, fvralın 17-də baş tutan qarşılaşmada hakimlər kollegiyasının qərarına əsasən Ayan Allahverdiyeva tərəfindən iki dəfə əsassız iddia irəli sürüldüyü qeyd edilərək partiya Türkan Məmmədyarovanın xeyrinə hesablanıb.

Qərarla razılaşmayan Ayan Allahverdiyeva Azərbaycan Çempionatının Apellyasiya Komitəsinə müraciət edib.

Apellyasiya Komitəsi tərəfindən partiyanın videoyazısı və gedişlərin ardıcıllığı araşdırılıb. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qüvvədə olan qaydalarına əsasən Ayan Allahverdiyevanın etirazı təmin olunub.

Apellyasiya Komitəsinin qərarına əsasən Türkan Məmmədyarovanın qələbəsi ləğv edilib və tərəflər arasında keçirilən ilk partiyanın nəticəsi heç-heçə kimi rəsmiləşdirilib.

Türkan Məmmədyarova Apellyasiya Komitəsinin qərarı ilə razılaşdığını bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.