
“Ölkəyə iribuynuzlu heyvan idxalı artıb. Daxili bazarda ət təklifini genişləndirən amil kimi qiymətləndirilə bilər. Bu, xüsusən də yerli istehsalın tələbi tam ödəmədiyi dövrlərdə bazarda müəyyən rahatlıq yarada bilər”.
Bunu iqtisadçı-ekspert Akif Nəsirli bunu 525.az-a deyib.
Onun sözlərinə görə, idxal olunan heyvanların sayı çox böyük olmadığı üçün qısa müddətdə ət qiymətlərində ciddi ucuzlaşma olmayacaq:
"Üstəlik, idxal xərcləri, yem qiymətləri, logistika və saxlanma kimi amillər son məhsulun maya dəyərinə təsir edir və bu da qiymətlərin aşağı düşməsini məhdudlaşdırır".
Sevinc Qarayeva



