https://525.az/img/pics/medium/2026-07/396235_hydi6rf9ww.jpeg "Ortaq Türk mədəniyyətinin genetik kodu Avrasiya çöllərində formalaşıb"
https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
search
3 İyul 2026
2 İyul 2026

AFFA Kadi və Məqsədi 2, Ramalinqomu 3 oyunluq cəzalandırdı

AFFA Kadi və Məqsədi 2, Ramalinqomu 3 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

525.az xəbər verir ki, iclasda Misli Premyer Liqasınn 20-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“İmişli” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “İmişli”nin 9 nömrəli futbolçusu Dioqo Almeyda hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq, klubu isə 2500 manat cərimə edilib.

Həmin oyunundan əvvəl, fasilədə, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” 2500 manat cərimələnib.

Bu matçın 72-ci dəqiqəsində “Qarabağ”ın 20 nömrəli futbolçusu Kadi Borqes ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq. “Qarabağ” isə 1000 manat cərimə ödəyəcək.

Eyni görüşün 90+5-ci dəqiqəsində “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Ağdam təmsilçisi 6000 manat cərimələnib.

“Kəpəz” – “Neftçi” oyununun 71-ci dəqiqəsində “Kəpəz”in 27 nömrəli futbolçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyunluq cəzalandırılıb, “Kəpəz” 1000 manat cərimə edilib.

Bu oyunda “Kəpəz” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 8000 manat cərimə edilib.

Həmin görüşdə “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Neftçi” 8000 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Araz-Naxçıvan”dan 6 nəfər sarı vərəqə aldığı üçün Naxçıvan klubu 700 manat cərimə edilib.

Bu matçın 74-cü dəqiqəsində “Sumqayıt”ın 9 nömrəli futbolçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmayacaq. "Sumqayıt” isə 3000 manat cərimələnib.

Sözügedən qarşılaşmada “Sumqayıt” azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə "gənclik şəhəri" təmsilçisi 6000 manat cərimələnib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.