
"2025-ci il Azərbaycan və Cənubi Qafqaz regionu üçün həqiqətən də tarixi bir il olub".
525.az xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya Yaponiya İmperatorunun doğum günü münasibətilə tədbirdə deyib.
O bildirib ki, avqustun 8-də Vaşinqtonda sülhün əldə olunmasına yönəlmiş Birgə Bəyannamə imzalanıb. "Yaponiya regionda davamlı sülh və sabitliyə doğru atılmış bu mühüm addımı alqışlayır", - səfir vurğulayıb.
Pərvanə Sultanova



