|
|
|
|

“Ayətullah rejimi qonşu ölkənin mülki hava limanına raket və PUA-larla zərbə endirib, bu isə artıq onların maskasının düşməsi deməkdir”.
525.az xəbər verir ki, bu barədə İsrail XİN rəhbərinin müavini Şaren Haskel "X" hesabındakı paylaşım qeyd edib.
“İsrail İranın Naxçıvana zərbə endirməsini pisləyir. Bu hadisə İran rejiminin təcavüzkar siyasətinin bariz nümunəsidir. Tehrandakı rejimin başı artıq proksi qüvvələrin arxasında gizlənmir, birbaşa hücum edir və xaos yayır”, - İsrail rəsmisi vurğulayıb.
Əlavə edib ki, beynəlxalq birlik bu təhlükəyə qarşı biganə qalmamalıdır: “Dünya İranı dayandırmayana qədər, o, dayanmayacaq".
Pərvanə Sultanova



