|
|
|
|

“Macarıstan səfirliyi Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı törədilən hücumları kəskin şəkildə pisləyir”.
525.az xəbər verir ki, bu barədə Macarıstanın Bakıdakı səfirliyinin məlumatındaa deyilir.
Qeyd olunub ki, Azərbaycanın təhlükəsizliyinin, suverenliyinin və beynəlxalq hüquq normalarının bu cür qəbulolunməz şəkildə pozulması regional sabitliyə xələl gətirir.
“Macarıstan Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirir. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - səfirlik bəyan edib.
Pərvanə Sultanova



