
Çin Yaponiyanın NATO ilə əməkdaşlığı dərinləşdirməyə yönəlmiş addımlarından ciddi şəkildə narahatdır.
525.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Jian bildirib.
Qeyd edək ki, Yaponiya ilk dəfə olaraq NATO-nun Ukrayna üçün Təhlükəsizlik Yardımı və Təlim Missiyasının qərargahına dörd hərbçisini göndərəcyini rəsmi şəkildə açıqlayıb.
Çin tərəfi isə bundan dərin narahatlığını ifadə edib.
Pərvanə Sultanova



