
Cari ilin may ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 152 min 213 nəfər olub.
Bu barədə 525.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, onların 115 min 189-u yaşa, 13 min 742-si əlilliyə, 23 min 282-si isə ailə başçısını itirməyə görə pensiya alıb.



