|
|
|
|

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25,5 milyard manatlıq mal satılıb.
525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur.
Xatırladaq ki, yanvar-aprel aylarının yekununda pərakəndə ticarət dövriyyəsi 3,7 % böyümüşdü.



