|
|
|
|

Bu gecə Sakit okeanda yerləşən Yeni Zelandiyaya məxsus Oklend adalarında 6 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri Danidin şəhərindən 637 km cənub-qərbdə, 10 km dərinlikdə yerləşib. Dağıntılar barədə məlumat verilmir.
Qeyd edək ki, Danidin Yeni Zelandiyanın ən böyük şəhərlərindən biridir. Şəhərin 104 min əhalisi var.
L.Tağıyeva



