|
|
|
|

""Təki uşaq sakit otursun, mənə mane olmasın..." Bu gün bir çox ailədə uşaqların virtual dünyaya "sürgün edilməsinin" əsl səbəbi bax bu cümlədir. Amma unuduruq ki, uşağın əlinə planşeti, telefonu verib kənara çəkilmək tərbiyə vermək deyil, məsuliyyətdən qaçmaqdır".
Bu fikirləri 525.az-a təhsil eksperti Əmrah Həsənli deyib. Ekspert vurğulayıb ki, biz real həyatda uşağımızın hara getdiyini, kiminlə oturdub-durduğunu addım-addım izlədiyimiz halda, virtual dünyada onu tamamilə başlı-başına buraxırıq. Ən pisi də budur ki, özü səhərdən axşama kimi sosial şəbəkələrdən başını qaldırmayan bir valideynin uşağa internetin zərərlərindən danışmasının heç bir çəkisi yoxdur:
"Rəqəmsal asılılığı olan valideyn, uşağa rəqəmsal gigiyenanı öyrədə bilməz. Uşaqlarımızı virtual dünyanın təhlükələrindən qorumaq istəyiriksə, qaydaları əvvəlcə özümüzdən başlamalıyıq. Çünki uşaqlar bizim dediklərimizə yox, etdiklərimizə baxıb böyüyürlər".
Sevinc Qarayeva



