
Ukrayna pilotsuz uçuş aparatı ilə Rusiyanın Belqorod vilayətində sərnişin avtobusuna hücum təşkil edib.
525.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin Əməliyyat Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, vilayətin Voznesenovka kəndində sərnişin avtobusuna PUA hücumu nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
“Yaralılar xəstəxanaya çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilir”, - deyə açıqlamada qeyd olunub.
İbrahim Cəfərov



