|
|
|
|
Martın 10-da Azərbaycan Yazıçılar Birliyində jurnalist Savalan Talıblının publisistik məqalələri ilə yanaşı, müxtəlif peşə-sənət nümayəndələrindən götürdüyü müsahibələrin də yer aldığı "Kitab" adlı nəşrin təqdimatı olub.
Nəşrə önsözü görkəmli dilçi Firudin Cəlilov yazıb. Təqdimat mərasiminə şairə Fərqanə Mehdiyeva aparıcılıq edib.
Tanınmış alimlər Ramiz Əsgər, Minəxanım Təkləli, rəssam Yusif Mirzə, telejurnalist Telli Pənahqızı, şair Tahir Talıblı, publisist Möhbəddin Səməd və başqaları çıxış edərək, müəllif və kitab barədə fikirlərini bölüşüblər.