Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin Kitabları” seriyasından növbəti nəşri - Yasmina Mixayloviçin “Xəzər dənizinin sahillərində” kitabı işıq üzü görüb.
525.az-ın Mərkəzin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, kitab tanınmış serb yazıçısı və ədəbi tənqidçi Y. Mixayloviçin Bakı təəssüratlarından, Xəzər sahillərində keçirdiyi günlərdən, eyni zamanda həyat yoldaşı, dünya şöhrətli Serbiya yazıçısı Milorad Paviçlə bağlı xatirələrindən bəhs edir.