Oljas Süleymanovun “Az-Ya” əsəri Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından nəşr olunub.
Mərkəzin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Türk xalqlarının tarixinə yeni yanaşma, fərqli münasibət sərgiləyən əsər uzun illər sovet ideoloji cəbhəsinin hücumlarına məruz qalsa da, müstəqillik illərində dünyanın bir çox dillərinə tərcümə olunaraq, kütləvi tirajlarla nəşr edilib.
Kitab Azərbaycan dilinə uzun illər Tərcümə Mərkəzində çalışmış mərhum Natiq Səfərov tərəfindən çevrilib.