https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
https://525.az/img/pics/medium/2021-12/210659_3cefjpxi5a.jpg Xilas - Mahir Cavadlı yazır
search
3 May 2024

UEFA-dan "Bakcell Arena" qadağası

UEFA-dan "Bakcell Arena" qadağası

UEFA "Qəbələ" klubunun Avropa Liqasındakı oyunlarından öncə "Bakcell Arena"dan istifadəyə qadağa qoyub.

525.az-ın "Report"a istinadən yaydığı məlumata görə, qadağa meydanın ot örtüyünün vəziyyəti ilə bağlı olub.

Örtüyün yüklənmə nəticəsində ağır duruma düşəcəyi qənaətinə gələn qurum nümayəndələri arenada Avroliqa ərəfəsində Azərbaycan Premyer Liqası matçlarının keçirilməsinə icazə verməyib. Bu səbəbdən, VIII turun "Neftçi" - "Qəbələ" matçı "Bakcell Arena"da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

UEFA hələ "Qəbələ"nin sentyabrın 17-də Yunanıstan PAOK-u ilə keçirdiyi ilk tur matçından öncə bu stadiondan istifadə edilməsini məqsədəuyğun saymayıb. Amma qitə futbol qurumu həmin ərəfədə - sentyabrın 3-də heç də az əhəmiyyət kəsb etməyən AVRO-2016-nın seçmə qrup mərhələsinin Azərbaycan - Xorvatiya oyununun "Bakcell Arena"da keçirilməsinə mane olmaq istəməyib.

Qeyd edək ki, "Qəbələ" Avroliqada növbəti ev oyununu oktyabrın 22-də Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə keçirəcək. Bu görüşdən 5 gün öncə isə "qırmızı-qaralar" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Neftçi"nin qonağı olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.